İBN CÖVZİ

(598/1201-ci ildə vəfat etmişdir) – tanınmış İslam mühəddisi, fəqih və tarixçisi olmuşdur. Bağdadda doğulmuş, hənbəli məzhəbinə bağlı olan İbn Cövzi bu məzhəbin ən tanınmış alimlərindən biri olmuşdur. Onun birinci müəllimi Bağdad mədrəsəsinin başçısı Əbül-Fədl ibn Nəsir olmuşdur. Onun yanında İbn Cövzi Quran və hədis elmlərini öyrənmişdir. Bundan başqa o, hakim Əbu Yəla, İbn Zəquni, Əbu Bəkr Dinəvəri, Əbu Mənsur Cəvaliqi kimi məşhur hənbəli alimlərindən dərs almışdır. Əbül-Fəzl ibn Nəsir öldükdən sonra 556/1161 ildə İbn Cövzi mədrəsəyə başçılıq etmişdir. O, artıq hənbəli məzhəbinin görkəmli alimi kimi tanınmışdır. Onun dərslərinə minlərlə dinləyici toplaşırdı. İbn Cövzinin əsərləri ilə maraqlanmış Abbasi xəlifəsi Mustəncid (555/1160 – 566/1170) onu saray məscidində dərslər verməyə dəvət etmişdir. Onun fəaliyyətinin sonunda xəlifə Müstədi (566/1170-575/1180) hakimiyyətə gəldikdən sonra hənbəli məzhəbi Xilafətdə dövlət tərəfindən dəstəklənən məzhəbə çevrilmişdir. Ancaq, Müstədidən sonra gələn xəlifə Nəsir (575/1180 – 622/1225) hənbəlilikdən imtina etmişdir. O zaman İbn Cövzi də təqib olunmuşdur. İbn Cövzi İslam dininin müxtəlif aspektlərini əhatə edən çoxlu (200 qədər) əsərlərin müəllifi olmuşdur. Onun tarix, fiqh, kəlam (I) ilə bağlı əsaslı əsərləri günümüzə gəlib çatmışdır. O, İslam dininin ilkin təmizliyinin qorunub saxlanması tərəfdarı kimi çıxış etmiş, müxtəlif mistik cərəyanların dinə gətirdiyi bidətlərə, bundan başqa Məhəmməd peyğəmbərin səhabələrinin əhəmiyyətini şübhə altına qoyanlara qarşı polemik və apologetik əsərlərin müəllifi olmuşdur.
İBN ABİDİN
İBN ƏRƏBİ
OBASTAN VİKİ
İbn
İbn Firnans
İbn-Rüşd
İbn Rüşd (tam adı: Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Rüşd) və ya latınlaşdırılmış variantı ilə Averroes 14 aprel 1126, Kordova, Mürabitlər dövləti – 10 dekabr 1198, Mərrakeş[d], Müvəhhidlər dövləti[d]) — əndəluslu ərəb filosof və təbibi. Fəlsəfə, riyaziyyat, fiqh və tibbin kamil bilicisi. O dövr müsəlman İspaniyasının Kordova şəhərində anadan olmuş İbn Rüşd Qərbi Avropada dünyəvi fəlsəfi fikrin banisi hesab olunur. Digər məşşai filosoflarından fərqli olaraq, din-fəlsəfə münasibətləri probleminə hərtərəfli və sistemli şəkildə toxunan İbn Rüşd əlaqədar görüşlərini "Kitab əl-kəşf ən mənahic əl-ədillə fi əqaid əl-millə", "Fəsl əl-məqal fi ma beynə əl-hikmə və əş-şəriət min əl-itt isal" və "Təhafüt təhafüt əl-fəlasifə" adlı kitablarda toplamışdır. İbn Rüşdün problemə özünəməxsus münasibəti ondan ibarətdir ki, din və fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün onların arasında "ənənəvi" oxşarlıqlar axtarışına çıxmamışdır. O, problemi din nöqteyi-nəzərindən araşdırmış, ehkamlara əsaslanaraq, rasional biliklə vəhyi biliyin uyğunluğu ideyasını irəli sürmüş, dində ağıla əhəmiyyətin verdiyini bildirmişdir. İbn Rüşd deyirdi ki, fəlsəfə ilə məşğul olmaq dinin tələb etdiyi zəruri məsələdir. O, dinlə fəlsəfəni eyni həqiqətin ayrı-ayrı təzahürləri kimi nəzərdən keçirərək, onları "eyni məmədən süd əmən iki bacı" adlandırmışdır: "Demək istəyirəm ki, hikmət (fəlsəfə) şəriətin (dinin) dostu, süd bacısıdır. …Onlar təbiət etibarilə dostdurlar, mahiyyət baxımından bir-birinə aşiq sevgililərdir". Ümumiyyətlə, İbn Rüşd qarşısına belə bir məqsəd qoymuşdu ki, vəhy və fəlsəfənin ayrı-ayrılıqda nə kimi əhəmiyyət daşıdığını müəyyənləşdirib, onları bir-birinə uyğunlaşdırmaqla aralarında heç bir ziddiyyətin olmadığını isbatlasın.
İbn Abbas
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; təq. 619, Məkkə – təq. 687, Taif, Məkkə bölgəsi[d]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi. Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi. Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir.
İbn Abidin
Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi (İbn Abidin) (d. 1198/1784 – ö. 1252/1836) - Osmanlı imperiyasının son dövrlərində yaşamış ən görkəmli müsəlman fəqihlərindən biri. 1198 (1784)-cü ildə Suriyanın Şam (Dəməşq) şəhərində anadan olmuşdur. O, hənəfi məzhəbinin mənsublarından olmuş, da doğulub orada yaşamışdır. Tam adı Səid Məhəmməd Əmin ibn Ömər ibn Əbdül-Əzizdir. Həzrəti Hüseynin (ə) nəslindən olub atasının anası "Xülasətül əsər" adlı əsərin müəllifi olan Mühibbinin qızıdır. Zühd (dünya sevgisini tərk edənə deyilir) və təqvasına görə Abidin ləqəbi ilə tanınan beşinci babası Məhəmməd Səlahiddinə nisbətlə İbn Abidin deyə adlandırılmışdır. Səid Məhəmməd atası ilə birlikdə ticarətlə məşğul olmuşdur. 1836-cı il, 5 avqust tarixində Şamda vəfat etdi ve Babüssəğir qəbristanlığında dəfn edildi.
İbn Aqil
Əbu Məhəmməd Bahaəddin Abdullah b. Əbdürrəhman b. Abdillah b. Aqil əl-Həmədani (16 oktyabr 1298[…], Qahirə – 16 noyabr 1367[…], Qahirə) — İbn Malik ət-Tainin "əl-Əlfiyyə"sinə yazdığı şərhlə tanınan dil və fiqh alimi. 1299-cu ildə Hələb yaxınınlığındakı Balis qəsəbəsində dünyaya gəlmişdi. Qahirədə doğulduğu da rəvayət edilir. 1294-cü il və ya 1301-ci ildə doğulduğunu qeyd edən qaynaqlar da vardır. Soyu Hz. peyğəmbərin əmizadəsi Aqil ibn Əbu Talibə dayandığından İbn Aqil künyəsiylə tanınır. Misiri, Balisi və Hələbi nisbələri ilə yanaşı ataları arasında Həmədan və Amiddə (Diyarbəkir) oturanlar olduğundan Həmədani və Amidi nisbələriylə də anılır.
İbn Bibi
İbn Bibi (tam adı: Əmir Nasırüddin Hüseyn bin Məhəmməd bin Əli əl-Cəfəri ər-Razi) — XIII əsr tarixçisi. İbn Bibi: "İbnul-Bibi əl-Münəccimə" olaraq məşhur Əmir Nasırüddin Hüseyn bin Məhəmməd bin Əli əl-Cəfəri ər-Razi, XIII əsrın tanınmış İranlı tarixçi və müəlliflərindəndir. "İbnul-Bibi" deyə məşhur olmasının səbəbi, Nişapur Şafiiləri lideri Kəmalüddin Simnaninin qızı olan "Bibi Münəccimə" adıyla məşhur olan anasından dolayıdır. İbn Bibinin, ana tərəfindən nəsəbi Qazan fitnəsində öldürülən Xorasanın böyük fəqihi İmam Məhəmməd bin Yəhyaya çatır. Bibi Münəccimə, astronomiyada istedadlıydı və dönəmin padişahlarının saraylarında özəlliklə də Sultan Cəlaləddinin yanında çox dəyərli və yaxındıydı. İbnul-Bibinin atası, Məcdəddin Məhəmməd Tərcuman deyə ünlüydü. Həyat yoldaşı Bibi Münəccumə səbəbiylə də Əlaəddin bin Keyqubad sarayında katiblik məqamına gəldi və Rum sultanlığının əmirləri arasında yer aldı. Şəmsəddin Sahibdivan-i Cüvəyni Anadolu işləriylə ilgili vəzifəyə gəldikdən sonra İbnul-Bibi ilə Cüveyni xanədanı özəlliklə də Əlaəddin Ataməlik Cüveyni arasında yaxın bir ilişki oldu. Bundan dolayı da İbn Bibi, kitabını əl-Əvamirul-Əlaiyyə deyə adlandırdı və onu Ata Məlikə təqdim etdi. Rum səlcuqluları padişahlarının tarixi mövzusunda yazdığı və yazarının müqəddiməsində bunun Cüveyninin Cihanguşəsinin bir zeyli olduğunu söylədiyi əl-Əvamirul-Əlaiyyə kitabı "Səlcuqnamə" adıyla da bilinir.
İbn Bənna
İbn Bənna (ərəb. ابن البناء المراكشي‎, ərəb. Ibn al-Banna' al-Marrakushi‎; 29 dekabr 1256, Mərrakeş[d], Müvəhhidlər dövləti[d] – 31 iyul 1321, Mərrakeş[d], Merinilər) — Mərakeşli alimdir; riyaziyyatda, xüsusilə triqonometriyada bir çox müstəqil kəşflər etmişdir; 17296 və 18416 kimi dost rəqəmləri müəyyən etmişdir; "Hesab əməllərinin qısa şərhi" kitabının müəllifidir.
İbn Bətutə
İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (25 fevral 1304–1377) — ərəb səyyah və tacir. Digər ərəb səyyahlarından fərqli olaraq, olduğu ölkələrin əhalisi haqqında daha çox maraqlanmışdır. 22 yaşında Mərakeşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində olmuş, daha sonra Fələstin Məkkəyə getmişdir. Məkkədən geri Fələstinə qayıdan İbn-Bətutə Kiçik Asiyanı keçərək Rusiyaya daxil olmuş və Sibirə yollanmışdır. Rusiyadan İstanbula qayıdaraq Orta Asiyaya, buradan isə Əfqanıstandan keçməklə Hindistana yola düşmüşdür. Hindistanda dövlət xidmətinə götürülən səyyah 1342-ci ildə Çində olur. Daha sonra Maldiv adalarında, Mərakeşdə, təkrar İspaniya, Saxarada olmaqla 1377-ci ildə vəfat edir. İbn Bətutə orta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərdə olan yeganə səyyah olmuşdur. Onun qarşıya qoyduğu əsas məqsəd XIV əsrin ikinci yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi. İbn Bətutə 1342-ci ildə dəniz yolu ilə Ərəbistana qayıtmış, özü ilə olduğu ölkələr haqqında zəngin məlumatlar gətirmişdir.
İbn Cureyc
Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ər-Rumi, həmçinin İbn Cureyc (ərəb. ابن جريج‎; 699, Məkkə – 767, Bağdad) — islam ilahiyyatçısı, Məkkə ənənəçisi. Onun tam adı Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ibn Cureyc ər-Rumi əl-Qureyşi əl-Məkkidir. O, yunan əsilli idi. Tarixçilər oun Xalid ibn Əsəd ailəsinin azad edilmiş adamı olduğunu güman edirlər. Filologiya, ədəbiyyat, tarixlə maraqlanırdı. Ata ibn Əbu Rabahi, Mücahid, İkrimə və başqalarından hədis nəql etmişdir. Vaqi, İbn Mübarək, Süfyan ibn Üyeynə və başqalarının hədisləri ondan nəql olunmuşdur. Ibn D̲j̲urayd̲j̲ / Pellat, Ch. // Encyclopaedia of Islam.
İbn Cübeyr
Məhəmməd İbn Əhməd ibn Cübeyr ak-Kinani - ərəb şairi, Qranadda Almohadov həyətində xidmət etmişdir. 1183-cü ildə ibn Cübeyr Məkkəyə həcc ziyarətinə gedir. Səyahəti 2 il sürdü. Sonra Aralıq dənizi ilə üzərək ibn Cübeyr Aleksandiraya gəlir. O Misirə piramidaları görməyə gedir və Sfinskanı görür. Sonra yenidən Mosula qayıdır. Bu zaman o rus dilini öyrənir. 1189-1191-ci ildə ibn Cübeyr yenidən şərqə gedir, ancaq hara getdiyi bilinmir. Üçüncü səyahəti isə 1217 ildə edir ancaq rəhmətə gedir, gedı bilmir. Onun şeirləri bəzilər qalır onların əksəriyyəti Saladinaya həsr olunub.
İbn Firnans
İbn Firnans — IX əsr müsəlman mütəxəssisi. 880-ci ildə İbn Firnans dünyada ilk dəfə təyyarə tipli uçan cihaz ixtira etmişdir. Adıçəkilən müsəlman alim quş tükü və qumaşdan istifadə etməklə hazırladığı qurğuda uzun müddət havada dövr etdikdən sonra sağ-salamat yerə enmişdi.
İbn Fədlan
Əhməb ibn Fadlan (təq. 879, bilinmir və ya Bağdad – təq. 960) — Ərəb çoğrafiyaçısı. 921-923-cü illərdə xəlifə əl-Müqtədir (908-932-ci illər) tərəfindən siyasi məqsədlə göndərilən səfirliyin başçısı olmuş Əhməd ibn Fədlan Bağdadan İranı və Orta Asiyanı keçməklə Volqaboyunadək marşrut qət etmiş və onun bu səyahəti öz əksini «Risalə»sində tapmışdır. "Risalə" əsəri səfirin Volqa - Xəzər və Şimal xalqları ilə bağlı tarix elmi üçün xeyli əvəzsiz qeydləri ilə zəngindir. Əhməd ibn Fədlan 922-ci ildə о, Vоlqanın sоl sahilinə yеrləşmiş Bulqariyaya gəlir, Ladоqa gölü ətrafında оlur və 923-cü ildə vətənə qiymətli cоğrafi məlumatlarla qayıdır. Fədlan bu əraziləri kəşf еtməsə də Vоlqasahili, Оrta Asiya хalqları və Хəzər dənizinə tökülən çaylar haqqında ətraflı məlumatları ilə sеçilir. Ch. M. Fraehn. Die ältesten arabischen Nachrichten über die Wolga-Bulgaren aus Ibn-Foszlan’s Reiseberichte.
İbn Fəqih
Əbu Abdillah Əhməd ibn Məhəmməd bin İshaq bin İbrahim əl-Həmədani (?-?)—İran coğrafiyaşünası. İbn əl-Fəqihin nisbəsindən əlavə kitabında Həmədana dair ayrıntılı bilgi verməsi səbəbiylə də Həmədanda doğulduğu təxmin edilir. Doğum və ölüm tarixləri bilinməməkdə, ancaq ondan rəvayət etdiyi İbn Dizil əl-Həmədani (ö. 894), İbn Əyyub ər-Razi (ö. 907), İbn Abdus əl-Cəhşiyari (ö. 942/943) və İbn Lal əl-Həmədani (ö. 1007) kimi şəxsiyətlərlə görüşmüş olmasından yola çıxaraq 869-942-ci; və ya 845-930-cu; illər arasında həyatda olduğu düşünülür. Həyatına dair həmən həmən heç bilgi yoxdur. Həmədandan başqa Bağdadın topoqrafiyasını da çox yaxşı bilməsindən orada uzun müddət yaşadığı anlaşılır. Ailəsindən bir çox fəqih, mühəddis və ədib çıxdığı kimi atası və özü də hədis elmində şöhrət qazanmışdı .
İbn Fəzl
İbn Fəzl – 739 – 805-ci illər arasında yaşamış ərəb alimi. XII əsrin əvvələrində ilk kağız fabrikasını yaradan vəzir. İbn Fəzl Abbasi İmperatorluğunun məşhur vəzirlər yetişdirən Bərməkilər soyundandır. Əsl adı Yəhyadır. Yəhya İbn Fəzl və ya sadəcə əl-Fəzl adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə "Fazilin oğulu" deyə düşüb. Mosul qubernatorluğu vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan qubernatorluğuna təyin edilincə (780), divan başçılığına gətirilib. İbn Fəzl, Harun xəlifə olunca vəzirliyə gətirilib.
İbn Haldun
İbn Xəldun (tam adı: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb. أبو زيد عبد الرحمن بن محمد بن خلدون الحضرمي‎; 27 may 1332, Tunis – 17 mart 1406, Qahirə) — çağdaş tarixin, sosiologiyanın və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Orta əsrlərin ən böyük mütəfəkkirlərindən biri olaraq qəbul edilir. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür. Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır.
İbn Havqəl
İbn Hövqəl (ərəb. ابن حوقل‎), Əbülqasım ibn Hövqəl Nəsibi yaxud Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi (943, Nüseybin – 988) — X əsr ərəb coğrafiyaşünas-səyyahı. Əslən bağdadlı idi. 30 il müxtəlif ölkələrə səyahət edib. 951-ci ildə İstəxrinin "Kitab məsalik əl məmalik" ("Məmləkətlərin yolları") əsərini təzədən işləmiş və zənginləşdirmişdir. 977-ci ildə yazdığı "Kitab əl-məsalik və-l-məmalik" ("Yollar və məmləkətlər haqqında kitab") əsəri bəzən "Kitab surət əl-ard" ("Yerin surəti kitabı") adlanır. Kitab xilafət ilə yanaşı, həm də ətrafındakı ölkələrin tarixinə və toponimikasına dair məlumatlarla zəngindir. O cümlədən burada Azərbaycanın təbiəti, karvan yolları, Xəzər dənizi, onun adaları haqqında da məlumatlar var. Абуль-Касим Мухаммад ибн Хаукаль // «Казахстан». Национальная энциклопедия.
İbn Heysəm
İbn Heysəm (tam adı: Əbu Əli əl-Həsən ibn əl-Heysəm əl-Bəsri, ərəb. أبو علي الحسن بن الحسن بن الهيثم‎, ing. Abu Ali Hasan Ibn Al-Haytham) — məşhur Ərəb fizik alimi-unversalı (965, Bəsrə — 1039, Qahirə). İbn Heysəm döğulduğu Bəsrə şəhərində vəzir vəzifəsini tuturdu, ancaq elmə həvəs vəzifəni ataraq elmlə məşğul olmağa gətirib çıxardı. Onun Nil çayının suyunu tənzimləmək planı Misir hökmdarı əl-Həkimin diqqətini cəlb edir. Onun riyaziyyata, astronomiyaya, optika və mexanikaya dair 89 əsəri vardır. İbn Heysəm özünün elmi tədqiqatlarını dəqiq riyazi hesablamalarla təsdiq edirdi. Onu bəzən "optikanın atası" da adlandırırlar. Orta əsrlər Avropasında İbn Heysəm Alhazen kimi tanınırdı. Onun şərəfinə Ayda krater də adlandırılmışdır.
İbn Hişam
Əbu Məhəmməd Əbd əl–Məlik ibn Hişam ibn Əyyub əl–Himyari (ərəb. أبو محمد عبدالمالك ابن هشام ‎‎ ابن أيوب الحميري‎) əl–Maafiri və ya qısaca: İbn Hişam (ərəb. ابن هشام‎) — VIII–IX əsr ərəb tarixçi, dilçi və ənsab alimi. VIII əsr islam alimi İbn İshaqın Məhəmmədin bioqrafiyası haqqındakı "Sirət Məhəmməd Rəsulillah" (ərəb. سيرة محمد رسول الله‎) əsərinin şərhçisi olaraq tanınır. Alimin doğum tarixi bəlli deyil, əs–Süheyliyə görə İbn Hişamın əsas yaşadığı yer Misir olsa da onun ailəsi əslən Bəsrə şəhərindən olmuşdur. İbn Xəllikan müəllifi olduğu "Vafəyət əl-Ayən və-ənba əbna əz-zəmən" əsərində qeyd edir ki, əndəluslu (Malaqada anadan olmuş) islam alimi Əbül Qasım əs–Süheyliyə (d. 1114–1115 — ö. 22 noyabr 1185) görə İbn Hişam hicri 213–cü (miladi 828–829–cu) ildə, Misir tarixçisi Əbu Səid Əbd ər–Rəhman İbn Yunusa (ö. 14 sentyabr 958–ci il) görə isə hicri tarixlə 218–ci ilin rəbiülaxır ayının 13–ündə (miladi 833–cü ilin may ayının 8–ində) qədim Qahirədə vəfat etmişdir.
İbn Hövqəl
İbn Hövqəl (ərəb. ابن حوقل‎), Əbülqasım ibn Hövqəl Nəsibi yaxud Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi (943, Nüseybin – 988) — X əsr ərəb coğrafiyaşünas-səyyahı. Əslən bağdadlı idi. 30 il müxtəlif ölkələrə səyahət edib. 951-ci ildə İstəxrinin "Kitab məsalik əl məmalik" ("Məmləkətlərin yolları") əsərini təzədən işləmiş və zənginləşdirmişdir. 977-ci ildə yazdığı "Kitab əl-məsalik və-l-məmalik" ("Yollar və məmləkətlər haqqında kitab") əsəri bəzən "Kitab surət əl-ard" ("Yerin surəti kitabı") adlanır. Kitab xilafət ilə yanaşı, həm də ətrafındakı ölkələrin tarixinə və toponimikasına dair məlumatlarla zəngindir. O cümlədən burada Azərbaycanın təbiəti, karvan yolları, Xəzər dənizi, onun adaları haqqında da məlumatlar var. Абуль-Касим Мухаммад ибн Хаукаль // «Казахстан». Национальная энциклопедия.
İbn Macə
İbn Macə (824–887) — Hədis alimi, İslam alimi. 824 Qəzvində doğulub. Sünəni-İbn Macə kitabının müəllifidir.
İbn Makula
İbn Makula (tam adıː Əbu Nəsr Əli ibn Hibbətullah ibn Əli ibn Cəfər ibn Əli ibn Məhəmməd ibn Makula; 1030 – 1082, Qorqan) — mavlə, böyük əmir, alim, tarixçi, ədib, hafiz, tənqidçi, nəssəbə. IX əsrdə Əbu Cəfər Məhəmməd ibn Həbib əl-Bağdadi tərəfindən əsası qoyulan "əl-Mütəlif və-l-Müxtəlif" ("Adların oxşar və fərqli cəhətləri") janrı ərəb-müsəlman ədəbiyyatında bioqrafik ədəbiyyatın bir qolu hesab edilir. Bu janr XI əsrin ikinci yarısından başlayaraq çiçəklənmə dövrünü yaşayır. "Əl-Mütəlif və-l-Müxtəlif" mövzusunda yazan çoxsaylı müəlliflər arasında İbn Makulanın özünəməxsus yeri var. Qərbi Avropa və rus alimlərindən K.Brokelman və İ. Kraçkovski dövrün bu janrda yazmış çoxsaylı müəllifləri arasında məhz İbn Makulanın adını xüsusi qeyd etmişlər. Akademik İ. Kraçkovski İbn Makulanı əs-Səmaninin (1113–1167) sələfi kimi qəbul edərək onun "Əsmə ər-Ricəl" ("Hədis bilicilərinin adları") haqqında yazdığını vurğulamışdır. Ərəb ədəbiyyatı tarixində mavlə, böyük əmir, alim, tarixçi, ədib, hafiz, tənqidçi, nəssəbə (genealogiya ilə məşğul olan alim) kimi məşhur olan Əbu Nəsr Əli ibn Hibbətullah ibn Əli ibn Cəfər ibn Əli ibn Məhəmməd ibn Makula öz dövrünün tanınmış simalarındandır. O, Bağdadda vəzirlər, qazılar yetişdirən hörmətli, sayılıb-seçilən bir ailədə doğulmuşdur. Makula adının mənası barədə ərəb müəllifləri məlumat vermir. Bununla maraqlanan İbn Xəllikan qeyd edir ki, o, bu sözün mənasını aça bilməmişdir.
İbn Miskəveyh
İbn Miskəveyh (farsca: مُسْکُـوْيَه Muskūyah, 932–1030) — tam adı Əbu Əli Əhməd ibn Məḥəmməd ibn Yaqub ibn Miskəveyh Büveyhi dövrünün fars filosofu və tarixçisi. Neoplatonizm fəlsəfəsinin ardıcılı olaraq İslam fəlsəfəsinə təsir etmişdir, əsas fikirlərini əxlaq problemləri üzrə irəli sürmüşdür. Praktik etikaya, davranışa və xarakteri incələşdirməyə diqqət yetirərək "Xarakterin incələnməsi" (تهذيب الأخلاق Təhdib əl-Axlaq) adlı fəlsəfi etikaya dair ilk böyük İslam əsərinin müəllifi idi. Şəxsi etikanı ictimai aləmdən ayırdı və ağılın azad təbiətini aldadıcı çevrəyə qarşı qoyurdu. Miskəveyh dövrünün intellektual və mədəni həyatında görkəmli bir şəxs idi. Miskəveyh, Ziyarilərin nəzarəti altında olan Reydə anadan olub. Ola bilsin öncə zərdüşti olub, sonra İslamı qəbul edib, ya da onun nəsli zərdüşdi olub. Erkənyaşlarını həyatını Bağdadda keçirib, burada Büveyhi əmiri Muizz əd-Dövlənin vəziri Muhallabi'nin katibi olmuşdur. Orta fars dilini səlis bilirdi, bu dildə bəzi islamdan əvvəlki mətnləri ərəb dilinə tərcümə etmişdi. İllərlə Büveyhi vəziri Əbuül-Fədl ibn əl-Əmidlə birlikdə çalışdı.
İbn Mülcəm
Əbdürrəhman ibn Mülcəm əl-Muradi (ərəb. عبدالرحمن بن ملجم المرادي‎) — İslam xəlifəsi Əli ibn Əbu Talibi öldürən xarici. Əli ibn Əbu Talib 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində sübh namazı qılarkən başına zəhərli qılınc zərbəsi almışdır. Baş həkim Ətir bin Əmr əs-Sakuni Əliyə tibbi müdaxilə etmiş, ancaq Əli 28 yanvar 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. Əli əmr verir ki, əgər o, aldığı yaralardan vəfat etsə, ibn Mülcəm edam edilərək ondan qisas alınmalıdır. Həsən ibn Əli atasının təlimatlarına riayət edərək ibn Mülcəmi edam edərək ondan qisas alır.:309 Tabataba'i, Muhammad Husayn. Shi'ite Islam. SUNY Press. 1977. ISBN 978-0-87395-390-0.
İbn Səbin
İbn Səbin (ərəb. محمدبن عبدالحق بن سبعين‎) — 1219–1270-ci illər arasında yaşamış Əndəluslu filosofdur. O, təsəvvüfü fəlsəfə ilə uzlaşdırmağa çalışıb. Siciliya kralının ona göndərdiyi məktublar və suallara verdiyi cavablarla Siciliyada çoxlu nüfuz qazanmışdır. Əbu Nəsr Farabidən çox təsirlənmişdir.
İbn İzari
Əbu Abbas Əhməd ibn Məhəmməd ibn İzari Mərrakuşi (ərəb. أبو العباس أحمد ابن عذاري المراكشي‎) — XIII əsrin sonunda və ya XIV əsrin əvvəllərində yaşamış Məğrib tarixçisi. O, Məğribin və Əndəlusun orta əsrlərdəki tarixi haqqında 1312-ci ildə yazılmış "Əl-Bəyan əl-Muğrib"in müəllifidir. İbn İzari indiki Mərakeşdə anadan olmuş və orada yaşamış, Fəsin qazisi olmuşdur. Onun həyatı haqqında çox az şey məlumdur. Onun sağ qalan yeganə əsəri olan "Əl-Bəyan əl-Muğrib" Şimali Afrikanın 640/1-ci ildə Misirin fəthindən 1205/6-cı ildə Əlmüvəhhidi fəthlərinə qədər olan tarixidir. Onun müasir elm üçün dəyəri itmiş köhnə əsərlərdən çıxarışlarında və başqa yerdə tapılmayan materialında, o cümlədən IX əsrdə Əndəlusda ilk vikinq basqınları haqqında hesabatlardadır. O, islam dünyasının müxtəlif xəlifələri, imamları və əmirləri haqqında başqa bir bioqrafik əsəri xatırlatmışdır, lakin bu, itmişdir. 712-ci ildən sonra vəfat etmişdir. Ahmed Siraj: L'Image de la Tingitane.